Latest Movie :
Home » » About Elly - Film Şerhi

About Elly - Film Şerhi

{[['']]}

 DARBAREYE ELLY (ABOUT ELLY) - 2009 🎬

➖➖ Pis bir son, sonsuz bir ümidsizlikden daha yaxşıdır.. ➖➖

⚠️SPOİLER YOXDUR, OXUYUN:
 Bu film çox sevdiyim filmlerin arasında öz layiqli yerini aldı. 📌
İran kinematoqrafiyasının deyerlisi Asghar Farhadi filmi olan Darbareye Elly sade dille izah olunmuş yalanın yerini başqa bir yalana verdiyi ders götürülmeli hekayeden behs edir.🔽 • Evvelce bunu bilin ki : Üç dost aile, bir dul adam Ahmad ve ailelerden birinin uşaqlarının müellimesi Elly xezer denizi sahilinde bir yere 3 günlük istirahete gedir. Almaniyada xoşbext olmadığı evliliyini bitiren Ahmad iranlı qızla aile qurmaq istediyi üçün Sepideh övladının müellimesi olan Ellyni onunla tanış etmek isteyir... •
Filmde gösterilen ilk metafora eslinde bize hadiselerin bundan sonrakı gedişatının xeberçisidir. Bele ki, istirahete gelen dostlar bezi sebeblere göre kirayeledikleri evde yox pencereleri qırıq, seliqesiz ve natemiz evde qalmaq mecburiyyetindedirler. Her şeyin yaxşıdan pise doğru gedeceyinin kinematoqrafik simvolu olan bu evde ilk başlarda sevincli olan insanların müellime Elly'nin yoxa çıxmağıyla aralarındakı münasibet qeliz bir hal alır. Yalanlardan xilas olmaq üçün başqa yalanlara sığınmaları onları daha da yalnızlaşdırır. ◼️
Filmde kameranın hereketleri senedli film abu-havası yaradaraq rejissorun bütün obrazlara eyni yanaşdığını, terefsizliyi gösterir ki, bunun sayesinde de kimin hansı yalanları dediyini öyrene bilirik. 🔸 • Elly'nin yoxa çıxmağıyla onun haqqında olan müsbet fikirlerin menfiye çevrilmeyi heç kimin haqqında bilmeden mühakime etmemeyi öyredir eslinde.Tam adını bele bilmeyen insanlar onun haqqında fikir ireli sürerken yanlarında olmadığı üçün söyledikleri şeyin doğru ve ya sehv olmağı ile maraqlanmırlar. İnsan öz menafeyi uğruna rahatlıqla başqasının şerefini heçe saya bilir.🔹

Film sade ve sakit keçir. Buna baxmayaraq izleyerken sıxılmırıq.Besit görünen hekaye ile böyük şeyler çatdırılır. Mahnıdan, musiqiden çox istifade olunmayıb. Bezen fonda eşidilen dalğa sesleri izleyicini gerginleşdirmeye kifayet edir. Kiçik büdceyle böyük işler görmeyin mümkün olduğunun sübutudur bu film.



       YAZININ MÜELLİFİ:   Elnur

       INSTAGRAM SEHİFESİ:   azecinema





TRAILER:

Share this article :

Yorum Gönder

Yorumlama Biçimi'nden Adı/Url seçip yalnızca isminizi girerek yorum yapa bilirsiniz

 
Creating Website | Ganizade | Azecinema
Copyright © 2019. Azecinema.com - All Rights Reserved
Saytdakı filmler, menbeler saxlanmaqla ferqli bazalardan yüklenmişdir
Elnur Ganizade | TURAL